AZ

Nazirdən MÜJDƏ - Müəllimlərin maaşı bu tarixdə ARTACAQ

Bu ilin yay ayında müəllimlərin maaşı artacaq.

Titul.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, əmək haqqı islahatı nəticəyönlü olacaq.

"30 faiz müəllimin maaşə 35 faiz, yerdə qalan 70 faizin maaşı isə 10 faiz artır. Bu proses belə də davam edəcək. Bunu daha əvvəl elan etmişdik. Kim yüksək nəticə göstərsə, əməkhaqqısına 35 faiz əlavə olunacaq. Direktorlara da şagird sayından asılı olaraq əlavələrin ödənilməsinə başlanılıb.

Bu il qarşımızdakı məqsəd öz fənnini kafi səviyyədə bilməyən müəllimin məktəbdə qalmamasıdır. Biz tərəfdarıyıq ki, məktəb direktorlarının səlahiyyətləri artırılısın. Amma əmin olmalıyıq ki, əvvəllər hansı səbəbdən o səlahiyyətləri almışıqsa, o səlahiyyətlər geri qayıtmayacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
36
3
titul.az

10Mənbələr