Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, dövlət başçısının 2021-ci il 12 yanvar tarixli müvafiq Fərmanına əsasən media sahəsində islahatların əhatə dairəsi genişləndirilib, sahə üzrə keyfiyyət dəyişikliklərinin aparılması daha geniş vüsət alıb, həmin islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması, peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl işlər görülür. Media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbələr məlumatlandırılıb, xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan nizamlanması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/9f9358b3-64e6-4ffd-a85d-f10b5faf8c91/d484987f-6943-48d6-8c25-b19b6e2f10f2.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/ba2a55c7-168d-4a22-b891-7bdda7a95fe4/08a24252-65d8-489e-bad1-db19e4680ab5.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/c0189c1e-f950-450c-982f-8c8cc0c14963/44abaff2-5372-4d1d-9413-dadb32bd8d15.jpg)
10Mənbələr
-
viral.azMedia ADA Universitetində tələbələr üçün mühazirə deyilib ( 15312547)
-
redaktor.azMedia ADA Universitetində tələbələr üçün mühazirə deyilib - FOTO ( 15312487)
-
xalqqazeti.azMedia hüququnun ümumi aspektləri ( 15310601)
-
Ajans.azADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib ( 15309437)
-
demokrat.azADA Universitetində“Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib — FOTOLAR ( 15306543)
-
baku.newsMedia sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə ( 15304249)
-
pravda.azADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib - FOTO ( 15302895)
-
cebheinfo.azADA Universitetinin tələbələrinə mühazirə deyilib ( 15302789)
-
redaktor.azƏhməd İsmayılov tələbələrə mühazirə dedi - FOTO ( 15302353)
-
sfera.azADA Universitetinin tələbələri “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” ilə bağlı maarifləndirilib ( 15302243)