AZ

Tramp aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib

Bakı. Trend:

Vaşinqton yaxınlığında baş verən son təyyarə qəzasından sonraABŞ Prezidenti Donald Tramp Konqresə ölkənin hava hərəkətinənəzarət sisteminə yenidən baxılması üçün qanun layihəsi təqdimetmək niyyətindədir.

Trend xəbər verir ki, bubarədə Tramp cümə axşamı Kapitolidə Milli Dua Səhər yeməyindəyanvarın 30-da baş vermiş təyyarə qəzasını şərh edərkənbildirib.

“Bizim daha yaxşı avadanlıqlarımız olmalı idi. Nədənsə onlar(toqquşan təyyarə və helikopter) tam komplektləşməmiş olub. Məncə,helikopter yüksəkdə idi və biz dəqiq nə baş verdiyini öyrənəcəyik.Biz dispetçer məntəqələrimiz üçün əla kompüterləşdirilmiş sistemyaratmağa hazırlaşırıq. Tam yeni sistem olacaq, daha parça-parçayığılmış və köhnəlmiş sistem yox”, - o deyib.

Tramp qanunvericiləri ölkənin hava hərəkətinə nəzarət vəaviasiya təhlükəsizliyi sistemlərində əhəmiyyətli texnolojidəyişikliklər etməyə çağırıb.

Xatırladaq ki, “American Airlines” şirkətinə məxsus “BombardierCRJ700” təyyarəsi Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında“Sikorsky H-60 ​​Black Hawk” hərbi helikopteri ilə toqquşaraqPotomak çayına düşüb. Təyyarənin göyərtəsində 64, helikopterdə isə3 nəfər olub. Qəza sonrası sağ qalan olmayıb.

Seçilən
33
2
az.trend.az

3Mənbələr