AZ

Türkiyə Kubokunda qrup mərhələsinin 2-ci turu yekunlaşdı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, 2-ci turun sonuncu oyun günündə üç qrup üzrə bütövlükdə dörd qarşılaşma baş tutub.

A qrupunda “Alanyaspor” doğma meydanda “Fatih Karagümrük”ə böyük hesabla qalib gəlib.

B qrupunda mübarizə aparan “Göztəpə” evdə “Qaziantep”ə, “İstanbulspor” isə “Kasımpaşa”ya qalib gəlib.

C qrupunun yeganə görüşündə də “Qalatasaray” səfərdə “Boluspor” üzərində əzmkar qələbəyə sevinib. Bolu təmsilçisinin yeganə qolunu azərbaycanlı futbolçu Vüsal İsgəndərli vurub.

Xatırladaq ki, Türkiyə Kubokunda hər qrupdan yalnız ilk iki yeri tutmuş komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Qrup mərhələsinin sonuncu – üçüncü turunun bütün qarşılaşmaları fevral ayının 26-da keçiriləcək.

Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
6 fevral

A qrupu

Alanyaspor – Fatih Karagümrük 4:1
Qollar: A.Usluoğlu, 7. A.Çinar, 25-öz qapısına. B.Çeken, 26. Haderqyonay, 66-pen – B.Kalaycı, 40.

Xallar: Trabzonspor – 4. Alanyaspor – 3. Rizəspor – 3. Fatih Karagümrük – 3. İskenderunspor – 2. Ankaragücü – 1.

B qrupu

Göztəpə – Qaziantep 1:0
Qol: Matsuki, 58.

İstanbulspor – Kasımpaşa 2:0
Qollar: Krstovski, 7; 32.

Xallar: Fənərbağça – 6. Göztəpə – 6. Qaziantep – 3. İstanbulspor – 3. Kasımpaşa – 0. Ərzurumspor – 0.

C qrupu

Boluspor – Qalatasaray 1:4
Qollar: V.İsgəndərli, 12 – A.Morata, 21. E.Aydın, 44. Y.Dəmir, 72. A.Kutucu, 74.

Xallar: Konyaspor – 6. Qalatasaray – 4. Başakşəhər – 4. Eyüpspor – 3. Boluspor – 0. Çorum – 0.

Seçilən
109
arena.az

1Mənbələr