AZ

Fateh Portağal jurnalistikadan gedir

Türkiyəli məşhur teleaparıcı Fateh Portağal karyerasını sonlandıracaq.

Axar.az xəbər verir ki, Portağal Xalq TV-nin jurnalistləri ilə yaşanan gərginlikdən dolayı belə qərar verdiyini açıqlayıb.

O, bazar ertəsində etibarən internet üzərindən yayımları dayandıracağını, iyun ayından da Sözçü TV-dəki proqramından ayrılacağını bildirib:

“İyundan sonra tamamən təqaüdə çıxmağı düşünürəm. Sözçü TV-dəki verilişdən ayrılıram. Artıq 57 yaşındayam, tamamən tədaüdçü olmaq istəyirəm.

Bu proqramı hazırlamaqdan bezməmişəm. Amma səhər-axşam eyni sözləri təkrarlayıram. Bu isə mənə mənəvi tərəfdən təsir edir”.

Seçilən
15
axar.az

1Mənbələr