Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı əməliyyat olunub.
Modern.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Ahmet Selim Yurdakul məlumat verib.
O, Baxçalının səhhətinin yaxşı olduğunu bildirib:
"MHP sədri Dövlət Baxçalı 4 fevral 2025-ci ildə planlı analizlər və müalicələr üçün Anadolu Sağlamlıq Mərkəzi Xəstəxanasına yerləşdirildi. Aparılan müayinələr və tibbi qiymətləndirmələr nəticəsində 10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya aşkar edilərək, 6 fevral tarixində mövcud qapaq invaziv olaraq dəyişdirildi və əməliyyatı çox uğurla tamamlandı. O, indi dincəlir, xəstəxanaya yerləşdirmə prosesi qısa müddətdə başa çatacaq və gündəlik həyatına qayıdacaq”.