2025-ci ilin ilk reytinq turniri Xorvatiyada davam edir.

Offsideplus.az xəbər verir ki, reytinq turnirində iştirak edən millimiz, yarışın növbəti günündə 2 medal qazanıb. Medallardan biri gümüş, digəri isə bürünc olub. Belə ki, Osman Nurmaqomedov (92kq) gümüş medal, Abubakr Abakarov (92 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, millimiz ilk yarış günündə 1-i qızıl olmaqla, 5 medal qazanmışdı.