İrəvan metrosunda xuliqanlıq edən dörd Rusiya və bir Litva vətəndaşı həbs edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Ermənistan İstintaq Komitəsinin müraciəti əsasında ümumi Yerevan Yurisdiksiya Məhkəməsi qəbul edib.
Bundan əvvəl məlum olub ki, fevralın 1-də saat 21:12-də maskalı naməlum şəxslər “Sasuntsi David” stansiyasının yaxınlığındakı açıq ərazidə qatarı saxlayıb və vaqonları rəngləyiblər. Onların Litva vətəndaşı, 39 yaşlı Lukas Revinskas və Rusiya vətəndaşları - 20 yaşlı Georgi Radgin və Saveliy Biryukov, 27 yaşlı Nikita Volçenkov, 19 yaşlı Stepan Sai olduğu üzə çıxıb. Onlar fevralın 3-də saxlanılıblar.
Onlar Baqrataşen keçid məntəqəsi vasitəsilə ölkəni tərk etməyə cəhd ediblər.