AZ

KİV: Ağ Ev minlərlə səhiyyə əməkdaşını işdən çıxarmaq əmri üzərində işləyir

Ağ Ev səhiyyə departamentinin minlərlə əməkdaşını işdən çıxarmaq əmri üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Mənbələrin bildirdiyinə görə, Qida və Dərman İdarəsi (FDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və digər səhiyyə agentlikləri işçilərinin müəyyən faizini ixtisar etməlidirlər.

Nəşr bildirib ki, fərman gələn həftəyə kimi imzalana bilər, lakin Ağ Evdə bu planların həyata keçirilməsini davam etdirməmək barədə qərar qəbul edə bilər.

Seçilən
60
1
report.az

2Mənbələr