AZ

Anastasios Duvikas 13 milyon avroya “Komo”da

İspaniyanın “Selta” klubunun yunanıstanlı hücumçusu Anastasios Duvikas bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transferi 13 milyon avroya rəsmiləşdirib. Tərəflər arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Asteras”ın yetirməsi olan Anastasios Duvikas “Volos”, “Utrext” kimi klubların da formasını geyinib. 2023-cü ildən “Selta”da çıxış edən 25 yaşlı forvard 2021-ci ildən Yunanıstan yığmasına da dəvət alır.

“Komo” İspaniyanın digər klubu “Saraqosa”dan İvan Azonu da transfer edib. Klub bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyib. 22 yaşlı ispan forvardla müqavilənin müddəti açıqlanmır.

İvan Azon peşəkar karyerasına məhz “Saraqosa”da başlayıb. O, vaxtilə İspaniyanın U-21 yığmasında da oynayıb.

“Komo” Xorvatiyanın “Riyeka” klubunun sağ cinah müdafiəçisi İvan Smolçiçi də heyətinə qatıb. Klub bu transferi 1,6 milyon avroya rəsmiləşdirib. 24 yaşlı xorvat futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb. “Riyeka”nın yetirməsi olan, “Oriyen” və “Hrvatski Draqovolyaç” kimi klublarda da oynamış hücumçuya Xorvatiyanın U-21 yığmasının formasını geyinmək də nəsib olub.

“Komo” İspaniya nəhəngi “Barselona”nın sol cinah müdafiəçisi Aleks Valyeni də icarə əsasında heyətinə qatıb. 20 yaşlı ispan futbolçu bu mövsümün sonunadək A Seriyasında çıxış edəcək. “Barsa” daha öncə onu “Andorra”, “Levante” və “Seltik” kimi klublara da icarəyə verib.

“Komo”da xeyli ayrılıq da qeydə alınıb. İtaliya klubu təcrübəli hücumçusu Andrea Belottini “Benfika”ya icarəyə verib. Jan-Pyer Nsame “Sankt Qallen”ə, Marko Kurto “Sampdoriya”ya, Ben Lassin Kone “Frozinone”yə, Marlon Mustafa “Altax”a, Peter Kovaçik “Podbrezova”, Luka MassitelliSimone Verdi isə “Sassuolo”ya icarəyə göndəriliblər. Nikolas Coakkini isə “Komo”dan birdəfəlik ayrılaraq “Asteras”a keçib.

Seçilən
95
arena.az

1Mənbələr