Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro bildirib ki, o, dövlət başçısı postuna qayıdarsa, ölkə BRİKS-i tərk edəcək...
Poliqon xəbərb verir ki, o, bu barədə “Folha de São Paulo” qəzetinə müsahibəsində bildirib.
Bolsonaro həmçinin Braziliyanı Ümumdünya Səhiyyə Təşkilatından çıxaracağına da söz verib.
Bolsonaro Braziliya, Paraqvay və Argentinanın üçlü sərhədində terrorla mübarizə üçün ABŞ ilə hərbi saziş bağlayacağını, həmçinin orada Amerika hərbi bazasının yerləşdirilməsinə icazə verəcəyini vurğulayıb.
Keçmiş prezident seçki komissiyası tərəfindən qoyulan diskvalifikasiya səbəbindən 2026-cı il seçkilərində iştirak edə bilməyəcək. O, həbs olunacağını da etiraf edib, lakin ittihamları siyasi təqib adlandırıb.
Poliqon.info