“Qarabağ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qonağı olub.
Publika.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.
Qurbanov futbolçularını təbrik etdiyini bildirib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı bir komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Yaxşı mübarizə aparırdılar. Futbolçularım da istəkli idilər. Qələbəyə görə onlara təşəkkür edirəm.
Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu. Əvvəlcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı. Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaonun getməsinə üzülürəm. İstər-istəməz öyrəşmişdik, kollektiv olaraq uyğunlaşmışdıq. Onun getməsinə üzülürəm, Kadinin gəlişinə sevinirəm. Kadinin transferi bəlkə də, düşünmədiyimiz bir keçid oldu. Amma yay üçün başqa transfer planlarımız da var.