Qrenlandiyanın hakim koalisiyasına daxil olan Siumut (İrəli) partiyası müstəqillik üçün referendum keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Partiya üzvü Doris Jensen qeyd edib ki, səsvermə Qrenlandiyaya artan muxtariyyət və tam müstəqilliklə bağlı danışıqlar aparmaq imkanı verən 2009-cu ildə qəbul edilmiş qanuna əsaslanacaq.
O, qeyd edib ki, Qrenlandiya müstəqil dövlət olana qədər onun beynəlxalq danışıqlarda iştirakı məhdud qalacaq.
Referendum təşəbbüsünün ABŞ-ın Arktika bölgəsinə marağının artması fonunda ortaya çıxdığı vurğulanır.