AZ

Əmək qabiliyyətinin könüllü sığortasına maraq - KƏSKİN ARTIB

Azərbaycanda ötən il üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il üzrə bu sığorta növü üzrə 3 milyon 609 min manat sığorta haqqı toplanıb..

 Bu da 2023-cü il ilə müqayisədə 1 milyon 929 min manat və ya 87% çoxdur.

2023-ci ildə bu göstərici 1 milyon 929 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 199 min  manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 36% çoxdur.

Əvvəlki ilin eyni dövründə 147 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.

Seçilən
2
2
fed.az

4Mənbələr