AZ

“Tarixdə bu gün” - 7 fevral...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

7 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür:

 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

 

M.İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

 

7 fevral 1919-cu ildə rejissor, aktyor və ssenarist Tofiq Tağızadə anadan olub:

 

Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.

 

7 fevraı 1991-ci ildə Milli Məclisin qəbul etdiyi qərarla bir neçə şəhərin adı dəyişdi:

 

Belə ki, Qutqaşen şəhərinin adı Qəbələ şəhəri, Mirbəşir şəhəri Tərtər, Puşkin şəhəri Biləsuvar, Şamxor şəhəri Şəmkir və Vartaşen şəhərinin adı isə Oğuz olub.

 

7 fevral 1973-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna "Qəhrəman" adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib:

 

Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub. 

Seçilən
36
azedu.az

1Mənbələr