AZ

Xaricdə təhsil: Ən asan hansı yolla dil öyrənmək olar?

Azərbaycanda universitetə, yaxud istədiyi sahəyə qəbul ola bilməyənlərin bir çoxu ən asan yolla – attestatla xaricə üz tuturlar. Bu zaman isə dil problemləri üzə çıxır. Dil biliyi olmayanlar getdiyi ölkədə çətinliklə üzləşir, akademik uğur əldə edə bilmirlər. 

 

Xarici dil biliyi çox zəif olan, yaxud ümumiyyətlə olmayanlar yaşayacaqları ölkədə dili ən asan necə öyrənə bilərlər?

 

Təhsilin idarə olunması üzrə mütəxəssis, xarici ölkədə yaşayan ekspert Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında bildirib ki, həmin tələbələr mütləq universitetin hazırlıq proqramına qoşulmalıdırlar:

154553

“Tədrisin ingilis dili olduğu universitetlərdə dil biliyi olmayan tələbənin oxuması çox çətindir. Əgər onlar İELST balını, ingilis dili sertifikatını əsas götürərək universitetin hazırlıq müddətindən imtina etmək istədiklərini bildirirlərsə, bu da yanlış fikirdir. Dil biliyi olmayan tələbələr üçün universitet 1 il əlavə hazırlıq proqramı təklif edirsə, mütləq ona qatılmalıdırlar. Həmin müddət dili, kompüter bacarıqlarını, universiteti və ətraf mühiti tanıyıb, öyrənməkdə faydalı olacaq.

 

Əgər universitetin hazırlıq proqramı yoxdursa, tələbəni bir başa ixtisasa, fakültəyə qəbul edirsə, bu zaman dil öyrənmək təhsilalanın öz öhtəsinə düşür. O, ya kursa getməli, ya fərdi şəkildə öyrənməli, ingilis dili səriştələrini yüksəltməlidir. Əks halda onun tədqiqata çıxışı zəif olacaq. Tədqiqat, kompüter bilikləri olmadan yeni səriştələr qazanmaq mümkün deyil. Bu gün öyrədilən biliklər bəlkə də sabah öz aktullığını itirəcək. Ona görə də tələbə universitetin ondan tələbləri ilə kifayətlənməməli, dövrün tələbləri olan bilikləri öyrənməyə can atmalıdır. Əks halda öyrəndikləri aktuallığını itirəcək və bazarın tələblərinə cavab vermədiyi üçün tələbə məzun olduqda iş tapmaqda çətinlik çəkəcək”.

Seçilən
32
azedu.az

1Mənbələr