AZ

AFFA U-17 Liqasında baş verən insidentlə bağlı açıqlama yaydı

Ötən gün AFFA U-17 Liqasının “Vətən” – “Neftçi” matçında insident yaşanıb. 

Fanat.Az xəbər verir ki, tərəflər arasında mübahisə əlbəyaxa davaya səbəb olub. 

Nəticədə “Neftçi U-17″nin baş məşqçisi Asif Ramazanov ağır fiziki xəsarət alıb.

AFFA mətbuat xidməti vasitəslə oyunda baş verən hadisə ilə bağlı açıqlama yayıb:

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Seçilən
9
fanat.az

1Mənbələr