AZ

İsmayıllıda 32 yaşlı şəxs bıçaqlanıb

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Seçilən
113
15
missiya.az

10Mənbələr