AZ

İcra məmurunun avtomobili ilə vurduğu qadın ölüb

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

News365.az xəbər verir ki, icra məmuru Tural İsayev "'Mercedes Benz C220" markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Seçilən
57
25
news365.az

10Mənbələr