Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Ağ Evdə keçirilən görüşdə ölkələr arasında ikitərəfli münasibətləri müzakirə ediblər...
Poliqon xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Paşinyan fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir. O, 5-ci Beynəlxalq Dini Azadlıq Sammitində və Milli İbadət səhər yeməyində iştirak edib.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Vaşinqtonda Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Venslə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən regional gündəm müzakirə olunub”, deyə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın Telegram-da yazıb.
Fevralın 6-da Nikol Paşinyan Strateji Araşdırmalar üzrə Amerika İrs Fondunun nümayəndələri ilə görüşüb. Baş nazirin mətbuat xidmətinin bildirdiyinə görə, görüşdə iqtisadiyyat, enerji, investisiya, təhsil, səhiyyə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, yanvarın ortalarında Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. İrəvan və Vaşinqton həmçinin nüvə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqlara başlandığını elan ediblər. Görüşdən sonra iki ölkə hökumətləri ikitərəfli dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi planlarına dair birgə bəyanat yayıblar.
Poliqon.info