AZ

Politico maliyyələşdirmə iddialarına cavab verir

ABŞ-da yerləşən Politico gəlirlərinin reklam, sponsorluq və peşəkar abunə xidmətlərindən əldə edildiyini bildirərək, hökumətdən maliyyə aldığını inkar etdi.

Demokrat Joe Biden administrasiyası dövründə hökumətdən maliyyə aldığı iddia edilən media qurumları arasında yer alan Politico xəbər portalının rəhbərləri, yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru vəzifəsini yerinə yetirən İlon Maskın iddialarını yazılı açıqlamada rədd etdilər.

Politico-nun baş direktoru Qoli Şeyxoleslami və baş redaktor Con F.Harrisin imzaladığı bəyanatda deyilir: “Biz 18 il ərzində heç bir hökumətdən yardım, qrant və ya dəstək şəklində bir qəpik də almamışıq”.

Açıqlamada deyilir ki, dünyada milyonlarla insana xidmət göstərən Politico maliyyə gəlirlərini reklam və sponsorluqdan əldə edir.

Açıqlamada xəbər saytının peşəkar abunə xidmətləri göstərən PoliticoPro adlı bölməsinin olduğu və bəzi şirkətlər, təşkilatlar və dövlət qurumlarının bu xidmət üçün ödəniş tələb etdiyi bildirilib.

Seçilən
52
1
kommersant.az

2Mənbələr