Bu gün depressiya həyat keyfiyyətinə mənfi təsir edən ümumi psixi sağlamlıq probleminə çevrilib. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, eləcə də dərman müalicəsi depressiya əlamətlərini aradan qaldıra bilər.
Hafta.az olaraq depressiya ilə mübarizədə dəstəkləyici rol oynayan 6 təbii qida barədə söz açırıq:
1. Omeqa-3 yağ turşuları
Beyin sağlamlığı üçün kritik olan omeqa-3 yağ turşuları depressiya əlamətlərini yüngülləşdirə bilər. Tədqiqatlar göstərir ki, omeqa-3-ün müntəzəm istehlakı əhval-ruhiyyəni yaxşılaşdırır. Somon, skumbriya və sardina kimi yağlı balıqlara əlavə olaraq qoz, kətan toxumu və çia toxumu omeqa-3 ilə zəngin qidalardır.
Bu qidalar depressiya əlamətlərini aradan qaldıra bilər, beyin funksiyalarını dəstəkləyir, serotonin səviyyəsini balanslaşdırır.
2. Tünd şokolad
Şokolad, xüsusilə tünd şokolad, tərkibindəki flavonoidlər və antioksidanlar sayəsində beyin sağlamlığını dəstəkləyir. Serotonin və endorfin ifrazını artıraraq xoşbəxtlik hissi yaradır.
Şokolad stressin öhdəsindən gəlməyi asanlaşdırır, xoşbəxtlik hormonlarını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
3. B vitamini ilə zəngin qidalar
B6, B12 və fol turşusu kimi B vitaminləri sinir sisteminin sağlam fəaliyyətini dəstəkləyərək depressiya riskini azalda bilər. Tam taxıllar, yaşıl yarpaqlı tərəvəzlər, yumurta və toyuq əti kimi qidalar B vitamini ilə zəngindir.
B vitaminli qidalar beyin funksiyalarını dəstəkləyir, sinir sistemini gücləndirir, depressiya əlamətlərini aradan qaldırır.
4. Probiyotiklər
Bağırsaq sağlamlığı ümumi psixi sağlamlığa birbaşa təsir göstərir. Probiyotiklər bağırsaqdakı faydalı bakteriyaları dəstəkləyərək serotonin istehsalını artıra bilər. Qatıq, kefir, turşu və kombuça probiyotiklərlə zəngin qidalardır.
Probiytiklər bağırsaq sağlamlığını yaxşılaşdırır, serotonin istehsalını artırır, depressiya əlamətlərini aradan qaldırır.
5. Maqnezium
Maqnezium sinir sisteminə sakitləşdirici təsir göstərir. Çatışmazlıq depressiya və narahatlıq riskini artıra bilər. İspanaq, badam, balqabaq tumu və tünd şokolad maqneziumla zəngin qidalardır.
Maqnezium stress və narahatlığı azaldır, əzələlərə rahatlaşdırıcı təsir göstərir, əhval-ruhiyyəni tarazlaya bilir.
6. Yaşıl çay
Yaşıl çay tərkibindəki L-theanine amin turşusu sayəsində sakitləşdirici təsirə malikdir. Müntəzəm olaraq istehlak edildikdə, stressi azalda və zehni aydınlığı artıra bilər.
Yaşıl çay əhval-ruhiyyəni yaxşılaşdırır, stresslə mübarizə aparmağı dəstəkləyir, diqqəti artırır.
Düzgün qidalanma depressiyanın qarşısının alınmasında və onun simptomlarının aradan qaldırılmasında mühüm rol oynaya bilər. Ancaq ciddi depressiya hallarında mütəxəssisdən dəstək almaq böyük əhəmiyyət kəsb edir.