AZ

Uğurla başlayan yeni dövr uğurla davam edir

Bakı. Trend:

7 fevral 2024-cü il prezident seçkilərindən bir il keçir. Bu,mühüm hadisə qalib, bütövləşən Azərbaycanın qədəm qoyduğu yenidövrün başlanğıcı oldu. Dövlətimizin başçısı İlham Əliyev ötən ilinyanvarında yerli televiziya kanallarına müsahibəsində növbədənkənarprezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən bəhsedərkən bu fikri xüsusi qeyd etmişdi ki, birinci səbəb təbii ki,suverenliyimizin tam bərpasıdır. Çünki seçkilər bir dövrə yekunvurur. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekunvurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrliktarixində buna oxşar Zəfər olmamışdır. Bu, xalqımızın, dövlətimizinən parlaq Qələbəsidir: “Təbii ki, bu yeni dövr başlayarkən,əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcıolmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzindəişğal altında olmuş ərazilərin işğaldan azad edilməsi vəsuverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi… İkincisəbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızdaseçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezidentseçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərolduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdəkeçiriləcək seçkilər prezident seçkiləri olmalıdır… Digər səbəbondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ilitamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbuletməliyik və 20 ildən sonra yenidən prezident seçkilərininkeçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur…Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezidentseçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir.” “Bunu həm dəyeni missiyanın başlanğıcı kimi qəbul etmək olarmı” sualınacavabında isə cənab İlham Əliyev vurğuladı ki, əlbəttə. Təbii ki,yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnəhədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi.

Son 20 ilin hesabatı

Prezident seçkiləri 20 ilin hesabatı oldu. 2003-cü ildə xalqınböyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlhamƏliyev qarşıya bu hədəfi qoydu ki, Azərbaycan Bayrağı işğal altındaolan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdəqaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik.44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üçil sonra bir günlük lokal antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpa edilməsi 1993-cü ildən, yəni ÜmummilliLider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonrakı dövrün təqdimatı oldu. Ötən ilin 7 fevraltarixində prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfəolaraq bütün ölkə ərazisində, Qarabağda və Şərqi Zəngəzurdakeçirilməklə bir daha təsdiqlədi ki, hədəflərə ardıcıllıqla nailoluruq. Dövlətimizin başçısı İlham Əliyev keçilən yolun mənzərəsinibelə təqdim edir: “Qarşıya hədəflər qoyulurdu, hədəflər düzgünmüəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonraqarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həmiqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdəAzərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdikvə əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təminetdik.”

Cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezidentseçkilərində inamlı qələbəsi qalib, bütövləşən Azərbaycanınqarşısında yeni imkanlar, üfüqlər açdı. Dövlətimizin başçısıfevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində“İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimadvə dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümübildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki,bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazibütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”söyləyərək onu da əlavə etdi ki, 2003-cü ildə ilk dəfə Prezidentvəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duranbütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağaçalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur.Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı biryumruq kimi birləşərək bütün çətinliklərə və problemlərəbaxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildəverdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütünnailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyiinam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Bizdoğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öztaleyimizi özümüz həll edirik.

Çoxəsrlik tariximizdə xüsusi yer tutan tarixihadisə

Qalib xalqımız 7 fevral prezident seçkilərində qalib Liderinəsəs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi,həmrəyliyi sarsılmazdır, əbədidir. Bu seçkilərin qürurvericiməqamlarından biri də bu oldu ki, dövlət başçısı İlham Əliyev vəailə üzvləri Xankəndi şəhərində səs verdilər. Ölkə Prezidentiandiçmə mərasimində bu məqama diqqəti yönəldərək bildirdi ki, bu,tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdəxüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti,xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idiki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir:Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim,ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşıqanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binadaxalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarəolunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda ermənimillətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı əraziiddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandanayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi vəo komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunuhər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi,Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edənşeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbiiki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcəolaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutunavurulan son mismar idi.

Yeni dövr, yeni hədəflər

Ölkəmizin həyatında ən əlamətdar tarixi günlər, bayramlar hərzaman keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Sonbir ildə, yəni cənab İlham Əliyevin növbəti prezident seçkilərindəinamlı qələbəsindən ötən dövrdə Azərbaycanın ayrı-ayrı sahələrdəqazandığı uğurlar bunu bir daha sübut edir. Güclü Azərbaycan həmişəhədəf olub. Dövlətimizin başçısı andiçmə mərasimində qarşıdakıdövrün hədəflərini açıqlayarkən ilk olaraq bu çağırışı etdi ki,qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, SilahlıQüvvələrimizin daha da gücləndirilməsidir.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çoxböyük işlər görülüb və görülməkdə davam edir. Bu gün AzərbaycanOrdusu 2020-ci ildəkindən daha güclüdür. Silahlı Qüvvələrimizingələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımisilah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Dövlətbüdcəmizdə ən böyük xərclər hərbi xərclərdir. 2025-ci ilin dövlətbüdcəsi bir daha bu məqamlara işıq salır. Belə ki, dövlətbüdcəsində hərbi xərclər 8,4 milyard manat vəsait ayrılıb. Digərəsas hədəf Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Bu istiqamətdəayrılan vəsait isə 4 milyard manatdır. Ermənistanın mütəmadisilahlandırılması, revanşist qüvvələrin baş qaldırması Azərbaycanınhər zaman hərbi sahəni diqqətdə saxlamasına səbəb olur.Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgərErmənistanın silahlanma siyasəti olmasaydı 8,4 yox, bəlkə də hərbivə təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi.Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi Qarabağın bərpasına,bir hissəsi isə digər bölgələrin inkişafına, sosial proqramlarınicrasına yönəldiləcəkdi. Qarabağın və Şərqi Zəngəzurun bərpasıhərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il 4milyard manat ayrılıb. Amma daha çox vəsait səfərbər edə bilərik.Üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. Onmindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır.Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdəçalışırlar. 2025-ci il üçün planda daha 20-yə yaxın yaşayışməntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Qeydedək ki, ötən il Şuşa, Xocalı və Cəbrayıl sakinlərini qarşıladı. Buil isə əsas hədəf Ağdam, Zəngilan və Qubadlı şəhərlərinəqayıdışdır. Həmçinin azad edilmiş ərazilərimizdə tikilən,beynəlxalq statusa malik üç Beynəlxalq Hava Limanının sonuncusu-Laçın Beynəlxalq Hava Limanı cari ildə istifadəyə veriləcək. Ötənilin uğurları sırasında Qazaxın 4 kəndinin danışıqlar yolu iləişğaldan azad edilməsi oldu. Bu, Azərbaycanın növbəti diplomatikuğuru kimi tarixə yazıldı.

Təbii ki, bu uğurlara əsas verən amil iqtisadi tərəqqidir.Dövlətimizin başçısı İlham Əliyev hədəfləri açıqlayarkən buçağırışı edir ki, bunun üçün iqtisadiyyat inkişaf etdirilməlidir.Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə keçirilənnəqliyyat məsələlərinə həsr olunmuş müşavirə bütün bu məqamlaraaydınlıq gətirdi. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramıtəsdiqləndi. Təbii ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətiniuğurla davam etdirmək üçün bölgələrin malik olduğu potensialdansəmərəli istifadə əsas hədəf kimi müəyyənləşdirilir ki, bu da öznövbəsində nəqliyyat infrastrukturunun yenilənməsini bir tələb kimiqarşıya qoyur. Cənab İlham Əliyev görülən işləri statistik rəqəmlərəsasında diqqətə çatdırdı və hədəfləri açıqladı.

Sosial siyasət prioritetdir

Onu da qeyd edək ki, iqtisadi tərəqqi güclü sosial siyasətlətamamlanır. Əhalinin sosial müdafiəsinin prioritetliyi atılanaddımların davamlılığında özünün aydın ifadəsini tapır. Bircə faktıqeyd etmək kifayətdir ki, bu ilin yanvarından sayca beşinci sosialpaketin icrasına başlanıldı. Dövlət başçısı İlham Əliyevin 23dekabr 2024-sü il tarixli “Əhalinin sosial rifahınınyaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında”Sərəncamına uyğun olaraq əmək pensiyasının minimum məbləği 2025-ciil fevralın 1-dən 320 manata çatdırıldı. Dövlətimizin başçısının 7yanvar 2025-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşən bir sıratəşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılmasıhaqqında” Sərəncamı ilə isə dövlət büdcəsindən maliyyələşən birsıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifəmaaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faizartırıldı.

İqlim diplomatiyasında möhtəşəm səhifə

Ötən il Azərbaycanın tarixinə iqlim diplomatiyasında möhtəşəmsəhifəni yazdı. Dünyanı Bakıya toplayan COP29 Azərbaycanınnüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın nümayişi oldu.COP29-un Liderlər Sammitində də bu reallıq bir daha tədbiriştirakçıları tərəfindən qeyd olundu. Sammitdə çıxış edənlərCOP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə görə dövlətbaşçısı İlham Əliyevə təşəkkürlərini bildirdilər və qeyd etdilərki, Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamınısülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişafbarədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da bizsülhü yarada bilmərik. Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinəverdiyi töhfələrə görə təşəkkür edirik. Azərbaycan şairi NizamiGəncəvinin şeirlərində yer alan çağırışlardan bəhs edən qonaqlarbildirdilər ki, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaqlazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülhyaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərdən vətəşkilatlardan multilateral yanaşma və BMT-yə dəstək göstərməkxahiş olundu. İndiki və gələcək nəsillərə daha sağlam bir planetmiras qoymağa çağırış edildi. Ümumilikdə COP29 iqlimdiplomatiyasında dönüş nöqtəsi oldu. Dövlətimizin başçısı İlhamƏliyev tədbirin nəticələri ilə bağlı paylaşımında qeyd etdi ki,COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Bakınailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobaliqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

Azərbaycan qlobal iqlim dəyişmələri ilə bağlı mühüm qərarlarınqəbul edilməsi üçün dünya ölkələrini səfərbər etməyə müvəffəqolaraq, bir daha öz liderliyini və genişmiqyaslı tədbirləri yüksəksəviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. COP29-unyekununda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanatəşəkkür elan edilən qərarın yekdilliklə qəbul olunması bunun əyanigöstəricisi oldu. 80-dən artıq dövlət və hökumət başçısınıniştirakı ilə keçirilən iqlim konfransında Prezident İlham ƏliyevAzərbaycanın Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu ölkə kimimüxtəlif beynəlxalq aktorlar arasında siyasət, mədəniyyət, enerji,ticarət və nəqliyyat körpüləri salmağa qadir olduğunu vurğuladı.Azərbaycanın yaşıl gündəliyi ilə bağlı nailiyyətlərini diqqətəçatdıran dövlətimizin başçısı ölkəmizin COP29-un sədri kimi yaşılkeçidin güclü carçısı olduğunu da bildirdi. Bu mühüm məqamı daxüsusi qeyd etməliyik ki, COP29 ölkəmizə qarşı böhtan və qarayaxmakampaniyası aparanların cəhdlərinin nə qədər uğursuz olduğunutəsdiqlədi. Bütün dünyanın Bakıya toplaşması Azərbaycanın qlobalmiqyasda nüfuzunu və qüdrətini nümayiş etdirdi.

COP29 tədbirinin ardınca Azərbaycanın D-8 təşkilatına üzvlüyü dəson bir ilin mühüm diplomatik uğurlarından oldu. Azərbaycanın butəşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Butəşkilat 30 il bundan əvvəl yaradılıb. Səkkiz ölkədən ibarət idi.Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənməqərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu,ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə artan rolumuzugöstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır.Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzvseçilmişdir. Əlbəttə ki, bu, həm böyük şərəfdir, həm də böyükməsuliyyətdir. Uğurlarımız bu qənaətə əsas verir ki, Azərbaycantəşkilatda fəal olacaq və öz töhfəsini verəcək.

Uğurlarla zəngin il

Son bir ildə Azərbaycan bütün sahələrdə uğurlara imza atıb.2024-cü il tariximizə seçki ili kimi yazıldı. Belə ki, sentyabrın1-də bütün ölkə ərazisində parlament seçkiləri keçirildi. Buseçkilər də xalq-Prezident birliyini, eyni zamanda, Azərbaycanınictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə gedən bütünproseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasınınnüfuzunun təqdimatı oldu. “Yeni dövrə yeni Azərbaycanla!” çağırışıilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının qələbəsi birdaha xalqın partiyaya inamını, etimadını nümayiş etdirdi. 7-ciçağırış Milli Məclisin ilk iclasındakı çıxışında “Əminəm ki,Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfliinkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanındayanıqlı inkişafı təmin ediləcəkdir” söyləyən dövlət başçısıİlham Əliyev bir daha bu məqamı diqqətə çatdırdı ki, builkiprezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilkdəfə ölkəmizin bütün ərazisində keçirildi. Bu, tarixi hadisədir.Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edənişğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütündünyaya öz əyilməz ruhunu göstərdi. 2024-cü il bu baxımdan tarixdəqalan il olacaq.

Son bir il xarici siyasətimizin əsas tərkib hissəsi olanmüxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlarçərçivəsində əlaqələrin möhkəmləndirilməsi, yeni körpülərinsalınması baxımından da diqqətdə oldu. Prezident İlham Əliyevinənənəyə uyğun olaraq Prezident seçildikdən sonra ilk səfəriniqardaş Türkiyəyə etməsi hər iki ölkənin dostluq və qardaşlıqmünasibətlərinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın türkdünyasının birliyinin möhkəmləndirilməsində fəal roluna işıq saldı.Prezident İlham Əliyevin bu müddətdə digər türk dövlətlərinə,həmçinin həmin ölkələrin başçılarının Azərbaycana qarşılıqlısəfərləri oldu. Prezident İlham Əliyevin bu il yanvarın 20-dən24-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvikeçirilən iclasında iştirakı, keçirdiyi görüşlər, gündəmə gətirilənməsələlər Azərbaycanın liderliyinin nümayişi oldu.

Təbii ki, bir ilin uğurları yalnız qeyd etdiklərimizlətamamlanmır. Ötən bir ilin nailiyyətləri bir daha sübut etdi ki,düşünülmüş və möhkəm təmələ əsaslanan, beynəlxalq hüququ və ədalətiözündə ehtiva edən siyasətin uğurları davamlıdır. Bu günAzərbaycana hansı sahədən baxsaq inkişafın, tərəqqinin şahidiolarıq. Dövlətimizin başçısı İlham Əliyev 14 fevral 2024-cü iltarixdə keçirilən andiçmə mərasimində bu əminliyi ifadə etmişdirki, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Günümüzün reallıqları bu əminliyin təsdiqidir. Tarixi Zəfəri iləyeni reallıqlar yaradan Azərbayan söz sahibliyini daha damöhkəmləndirir. Son dövrün çağırışlarından biri də regiondadayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçünAzərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsininimzalanmasıdır. Qarşı tərəf hələ də havadarları tərəfindənsilahlandırılmaqla bu prosesin uzanmasında maraqlı olduğunu nümayişetdirir. Prezident İlham Əliyev bir il bundan öncə andiçməmərasimində qarşı tərəfə bu mesajı da ünvanlamışdı ki, Ermənistanbeynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqaviləimzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəlisürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heçnə dəyişməyəcək.

Dövlətimizin başçısının hər bir çağırışı bugünümüzlə vəgələcəyimizlə bağlı hədəfdir. Qalib, yeni dövrə qədəm qoyanAzərbaycan hər bir hədəfə yüksək səviyyədə nail olmaqla daha daqüdrətlənir, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlir, bütünbunlar yeni hədəflərin müəyyənləşdirilməsinə stimul verir. Yenidövrə qədəm qoyarkən böyük ümidlərlə yaşadığımızı bildirən ölkəPrezidenti bu çağırışı edir ki, əlbəttə, elə işləməliyik, eləaddımlar atmalıyıq ki, bu ümidlər çin olsun.

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Seçilən
17
3
az.trend.az

4Mənbələr