Bakı. Trend:
Xəzər dənizində qazma işləri zamanı ətraf mühitin mühafizəsifərdi yanaşma tələb edir.
Trend xəbərverir ki, bunu Azərbaycanın Ekologiya və Təbii SərvətlərNazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin layihələrin vətəbiətin mühafizəsi üzrə normativ sənədlərin ekspertizası şöbəsininbaş məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən IADC DrillingCaspian 2025 konfransında bildirib.
“Bizim ölkədə aparılan əməliyyatlara biz son dərəcə ehtiyatlayanaşırıq. Bəzən əməliyyatçılar Şimal dənizində, Meksika körfəzindəvə ya İran körfəzində tətbiq olunan standartlara və yatexnologiyalara istinadlar edirlər. Hərçənd Xəzərin hekayəsi tamfərqlidir. Xəzər qapalı su hövzəsidir. Bilirsiniz, bu metodlar, ocümlədən, ətraf mühitin qorunması üzrə açıq dənizlərdə, okeanlardatətbiq olunan ölçülər heç də hər zaman Xəzər dənizi üçün münasibolmur”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, Xəzərin ekoloji problemləri onunendemik mənşəli biologiyası və özünübərpa üçün imkanlarının məhdudolması ilə daha da dərinləşir. Uzun illər ərzində regionda intensivşəkildə neft və qaz hasilatının aparılması ətraf mühitə əhəmiyyətlidərəcədə mənfi təsir göstərib, belə ki, bu işlər insanlar hələ bukimi fəaliyyətlərin ekoloji baxımdan nə dərəcədə təhlükə yaradabiləcəyinin fərqinə varmazdan əvvəl aparılmağa başlayıb.
Ekspert Azərbaycanın neft-qaz sektorunda uzunmüddətlitərcrübəsinin olduğunu və ölkənin qazma sahəsində təcrübəsi olanaparıcı ölkələrdən sayıldığını vurğulayıb.
Son zamanlar təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimiməsələlər qazma sahəsində prioritetə çevrilib.
Əhmədsoyun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərənşirkətlər ətraf mühitin qorunmasına daha çox diqqət ayırmağabaşlayıb.
“İnkişaf dayanıqlı olmalıdır. Neft və qaz hasilatı zamanı ətrafmühitin çirklənməsi və məhv olunmasına yol verməmək vacibdir”, -deyə o əlavə edib.
Ekspert, eyni zamanda, Bakıda keçirilən COP29 konfransında əldəolunan nailiyyətlərin əhəmiyyətini və onun qlobal ekoloji siyasətənə kimi təsir göstərdiyindən söz açıb.