AZ

Aşağı liqa oyununda baş vermiş insident araşdırılır

AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, milli assosiasiyanın yaydığı açıqlamada qeyd olunub:

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, Nizami rayonunda yerləşən idman arenalarının birində insidentin qeydə alınması və xasərət alan şəxsin olması barədə ərazi polis orqanına məlumat daxil olub.

Qeydə alınan hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü PB-də təhqiqat araşdırmalarına başlanılıb.

Seçilən
41
xezerxeber.az

1Mənbələr