AZ

Səhmlər bazarında son vəziyyət: NVIDIA yüksəldi, Tesla gerilədi

Dünən dünyanın ən böyük şirkətlərinin səhmlərində qiymət dəyişiklikləri müşahidə olundu. 

"Bitcoin geri döndü" 100 min dollara doğru yüksəliş başladı!

FED.az xəbər verir ki, günün ən çox bahalaşan səhmi NVIDIA-ya məxsus oldu. Şirkətin səhmləri 3.08% artaraq investorlarına ən çox qazandıran səhmlərdən biri oldu. 

Digər tərəfdən, ən çox ucuzlaşan səhmlər arasında Tesla liderlik etdi. Elektrikli avtomobil nəhənginin səhmləri 1.02% dəyər itirdi

Ümumilikdə isə texnologiya sektorunda bəzi şirkətlər müsbət nəticələr göstərsə də, bəzi iri korporasiyalar, xüsusilə maliyyə və sənaye sahəsindəki şirkətlər cüzi geriləmə yaşadı. Apple, Microsoft, Meta Platforms kimi şirkətlərin səhmləri müsbət dəyişiklik göstərsə də, Visa və Johnson & Johnson səhmlərində eniş qeydə alındı.

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

233,22

+0,32

2

Amazon.com

238,83

+1,13

3

Meta Platforms

711,99

+1,01

4

Berkshire Hathaway

477,22

+0,74

5

Visa

347,48

-0,56

6

Johnson & Johnson

153,51

-0,76

7

Microsoft

415,82

+0,61

8

Alphabet (Google)

191,60

+0,14

9

Tesla

374,32

-1,02

10

NVIDIA

128,68

+3,08

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür

Seçilən
15
1
fed.az

2Mənbələr