AZ

“Trampın sülh planı yoxdur” - Zelenski

"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

O əlavə edib ki, potensial planla bağlı mətbuatda çoxlu məlumatlar yayılacaq. Bu, reallıqla qismən üst-üstə düşə bilər, lakin əksər hallarda uyğun gəlmir.

"Nəşrlərdə nələr var... Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil. Gəlin, rəsmi danışıqlarımızı və rəsmi nəticələri gözləyək", - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, konkret məsələlər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
4
olaylar.az

8Mənbələr