AZ

Ermənistan İranla hərtərəfli strateji tərəfdaşlıq sənədi imzalayacaq

Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir.

Modern.az xəbər verir ki. bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

"Hazırda biz Ermənistanla hərtərəfli, strateji və uzunmüddətli tərəfdaşlığa dair sənəd üzərində işləyirik. Onu ölkələrimizin liderləri imzalamalıdır. Sənədə uzunmüddətli proqramlar daxil ola bilər ki, bu da bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün lazımi şərait yaradacaq", - Sobhani deyib.

Diplomatın sözlərinə görə, mədəni və elmi əlaqələr də daxil olmaqla bir çox proqramlara start verilib.

Ötən il tərəflər arasında elm, təhsil və mədəni əlaqələrin genişləndirilməsinə dair memorandum imzalanıb. Bu, təhsil, turizm, tələbə mübadiləsi, fars dilinin öyrənilməsi, sərgilərin keçirilməsi və s. kimi sahələrdə əlaqələrin daha da dərinləşməsinə imkan yaradır.

Ölkələr Navasard bayramını birlikdə qeyd etməyi, həmçinin iki ölkənin birgə milli mətbəx festivalı keçirməyi planlaşdırır.

Seçilən
2
modern.az

1Mənbələr