Demokrat.az xəbər verir ki, bu barədə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qeyd edilib, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərindən araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”, - deyə vətəndaş qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: "Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalar nəticəsində vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq".
Məktəbdən isə iddia ilə bağlı bildirilib ki, məktəbdaxili araşdırma aparılacaq. Şagird və valideynlərlə müvafiq söhbətlər keçiriləcək, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək:
"Məktəb rəhbərliyi valideynlə əlaqə saxlayıb. Məktəbin kameralarına baxılaraq məsələyə aydınlıq gətiriləcək. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək", – deyə məlumatda qeyd edilib.
9Mənbələr
-
demokrat.azBakı məktəbində təhlükəli oyun — Qurumlar hərəkətə keçdi (YENİLƏNDİ) ( 15315105)
-
news24.azBakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdi ( 15311767)
-
7times.azBakı məktəbində təhlükəli oyun – Polis MƏLUMAT YAYDI ( 15314833)
-
modern.azBakı məktəbindəki təhlükəli oyun - Polis MƏLUMAT YAYDI ( 15314049)
-
referans.azBakı məktəbində NƏ BAŞ VERİR?- Qurumlar hərəkətə keçdi ( 15313037)
-
yenisabah.azBakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdi ( 15312433)
-
demokrat.azBakı məktəbində təhlükəli oyun — Qurumlar hərəkətə keçdi ( 15311669)
-
Ajans.azBakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdi ( 15311661)
-
modern.azBakı məktəbində təhlükəli oyun - Qurumlar hərəkətə keçdi ( 15311431)