AFFA-nın bayrağı altında keçirilən U-17 liqasının “Vətən” - “Neftçi” (0:3) matçında baş verən Publika.az
Publika.az xəbər verir ki, federasiya sözügedən oyunda yaşanan qalmaqala münasibət bildirib. Qurumun mətbuat xidməti baş verənlərin araşdırıldığını vurğulayıb:
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.
Qeyd edək ki, “Neftçi”nin 3:0 hesablı qələbə qazandığı oyunun ikinci hissəsində “Vətən”in inzibatçısı ilə “Neftçi”nin baş məşqçisi Asif Ələsgərov arasında mübahisə düşüb. Klub rəsmisinin başla zərbəsindən sonra məşqçinin burnu sınıb.