AZ

Gürcüstan xarici agentlər haqqında yeni qanun layihəsinin hazırlanmasına başlayır

Gürcüstanın hakim partiyası, "Gürcü Arzusu" ABŞ-da (FARA) müvafiq qanunla eyni olacaq xarici agentlər haqqında yeni qanun layihəsi hazırlamağa başlayır. Bu sözləri brifinqdə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

“Biz Amerika FARA-nın hazırkı versiyasına bənzər bir qanun layihəsinin təşəbbüskarıyıq. Keçən il parlament FARA-nın yüngül variantını qəbul etdi, biz onu tam tətbiq etmədik, amma bilirsiniz ki, onun qüvvəyə minməsinə baxmayaraq, ən zəngin, ən böyük və xaricdən maliyyələşən bir neçə onlarla qeyri-hökumət təşkilatı reyestrdə qeydiyyatdan keçməyib”, - deyə “Gürcü Arzusu”nun nümayəndəsi qeyd edib.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
34
oxumeni.az

1Mənbələr