AZ

Rusiya ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb.

APA  xəbər verir ki, Rusiya Federasiyasına daxil olan bütün əcnəbilər, eləcə də artıq uzun müddət onun ərazisində olanlar tibbi müayinədən keçməlidirlər.

Bu tələb ölkədə uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.

Əcnəbilərdən hər il başqaları üçün təhlükə yaradan bir sıra xəstəliklərin olmadığını təsdiqləmək tələb olunur. Belə bir xəstəlik aşkar edilərsə, əcnəbi sonradan ölkəyə girişinə qadağa qoyulmaqla ölkədən deportasiya edilə bilər.

“Əgər səfərin məqsədi turizmdirsə və əcnəbinin Rusiyada qalma müddəti 3 aydan çox deyilsə, o zaman tibbi müayinə tələb olunmur”, – deyə Rusiya Daxili İşlər Nazirliyi bildirir.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Seçilən
90
13
azpost.info

10Mənbələr