Serxio Ramosun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Meksikanın "Monterrey" klubu ulduz futbolçunu heyətinə qatdığını açıqlayıb. 

Ramosun yeni komandasının baş məşqçisi Argentina millisinin və "Bayern"in əfsanəvi futbolçularından olan Martin Demişelisdir.

Qeyd edək ki, təcrübəli müdafiəçi son olaraq "Sevilya"nın formasını geyinib.