AZ

Bakı məktəbində paylanan qorxulu vərəqələr: Mənbəyi haradan gəlir?

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 210 nömrəli tam orta məktəbində təhsil alan şagirdə üçbucaq, kvadrat, dairə şəkilləri çəkilən və rus dilində “Mənə yaz” cümləsi olan kağız verilib.

Publika.az xəbər verir ki, bu barədə Nurlan Mirəli adlı vətəndaş sosial şəbəkə hesabında yazıb: “Bakı şəhəri 210 nömrəli tam orta məktəbində bu gün V sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb”.

Nurlan Mirəli hadisədən narahat olduğunu da gizlətməyib: “Bu oyunu Google-də araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər. Xahiş edirəm, məsələni nəzarətə götürün”.

Araşdırmamıza görə kağızdakı işarələr Netflix istehsalı olan və 2024-cü ilin dekabrında ikinci sezonu yayımlanan Cənubi Koreya serialı “Kalmar oyunu” (Squid game) serialına aiddir. Böyük mükafat uğrunda yarışan iştirakçıların ancaq biri oyunda qalib olur, digərləri isə fiziki olaraq məhv edilir. Serialın ilk seriyasında metro stansiyalarında məktəbdə paylanılan kağızlar kim (üçbucaq, kvadrat və dairə şəkilləri və telefon nömrəsi olan kağızlar) paylanılır. Oyunda iştirak etmək istəyənlər isə bu nömrələrə zəng vuraraq qeydiyyatdan keçirlər.

Seçilən
61
2
publika.az

3Mənbələr