AZ

Panama Çinin Bir Kəmər, Bir Yol təşəbbüsündən çıxacaq

Bakı, TurkicWorld

Panama prezidenti Xose Raul Mulino, ölkəsinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündən çıxacağını açıqlayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, həftəlik mətbuat konfransında çıxış edən Mulino, Panama hökumətinin Çinə rəsmi xəbərdarlıq göndərdiyini bildirib.

“O dövrdə Çinlə bu müqaviləni imzalayanların hansı ümidlə bu addımı atdığını bilmirəm. Bu illər ərzində Panama bu təşəbbüsdən nə qazandı?” - deyə prezident bildirib.

Mövcud anlaşmaya əsasən, müqavilə hər üç ildən bir avtomatik yenilənir. Növbəti yeniləmə 2026-cı ilə planlaşdırılırdı, lakin tərəflərdən biri üç ay əvvəl xəbərdarlıq etməklə müqaviləni ləğv edə bilər.

ABŞ dövlət katibi Marko Rubio fevralın 2-də Panama səfəri zamanı Çinin Panama kanalına təsirinin azaldılması gərəkdiyini bildirib.

Prezident Mulino isə, Panama kanalının suverenliyinin müzakirə mövzusu olmadığını vurğulayıb və ABŞ-a Çinlə imzalanmış anlaşma memorandumunun yenilənməyəcəyini çatdırıb.

ABŞ Prezidenti Donald Tramp da həmçinin , vəzifəyə gəldikdən sonra Panama kanalının gələcəyi ilə bağlı narahatlığını ifadə edib.

“Panama kanalını Çin idarə edir. Biz onu Çinə vermədik, Panamaya verdik və geri alırıq.” - deyə o bildirib.

Seçilən
35
turkic.world

1Mənbələr