AZ

Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

Image

Şimal bölgəsinə axşam saatlarından qar yağmaqda davam edir. Ən çox qar Quba rayonunun Qırız kəndinə yağıb. Kənddə qarın hündürlüyü 20 santimetrə çatır. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən mətbuata verilən açıqlamada deyilir ki, fevralın 6-dan başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağıb. Qusar şəhərində 3 santimer, Xızının Altıağac qəsəbəsində 9 santimer, Qubanın Xaltan kəndində isə 10 santimer qar qeydə alınıb. Qarın yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək düşüb. Ən aşağı temperatur Quba Qırız kəndinə qeydə alınıb.

Mətləb






Seçilən
8
4
baki-xeber.com

5Mənbələr