AZ

ABŞ Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu açıqlayıb

ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukraynadakı münaqişəni dayandırmaq üçün Rusiyaya yeni sanksiyalarla təzyiq edir.

Editor.az bu barədə “New York Post”-a istinadla xəbər verir. Kelloq iddia edib ki, artıq tətbiq edilmiş böyük həcmdə sanksiyalara və Rusiya iqtisadiyyatının sübut edilmiş dayanıqlığına baxmayaraq Rusiyaya qarşı sanksiya təzyiqi tətbiq etmək mümkündür. “Tramp Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya qarşı Amerika sanksiyalarını sərtləşdirməyə hazırdır. Siz həqiqətən də sanksiyaları, xüsusən də son sanksiyaları (neft hasilatı və ixracı ilə bağlı) sərtləşdirə bilərsiniz”, – Kelloq deyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
3
editor.az

4Mənbələr