AZ

Erməni əsilli şəxslərin məhkəməsi başladı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi məhkəmənin baxış iclası keçirilir.

Publika.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktının nəticəvi hissəsinin elan edilməsini davam etdirir.

İttiham aktının nəticəvi hissəsi elan olunduqdan sonra təqsirləndirilən şəxslər verilən ittihama münasibət bildirəcək.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Seçilən
4
4
publika.az

10Mənbələr