AZ

Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafa, 7 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
28
2
azertag.az

3Mənbələr