AZ

Baxçalı əməliyyat olundu

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı əməliyyat olunub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə partiya açıqlama yayıb.

MHP-nin sədr müavini Ahmet Selim Yurdakul bildirib ki, Baxçalının ürək qapağı dəyişdirilib. O, MHP liderinin vəziyyətinin hazırda yaxşı olduğunu və istirahət etdiyini qeyd edib. Baxçalının qısa zaman ərzində normal həyatına qayıdacağı da vurğulanıb.

Seçilən
51
cebheinfo.az

1Mənbələr