“Sabah” tarixində ilk dəfə ölkə kubokunun ev oyununda heç-heçə edib.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu, 1/4 finalın “Sumqayıt”la ilk matçında yaşanıb. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu, həm də “Sabah”ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb.
Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmamışdı. Hesabında 3 qələbə olan Bakı klubu 6 dəfə uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta