AZ

AFBİA-da İxtisas şəhadətnaməsinə hazırlıq təlimi başladı

4 və 5 fevral tarixlərində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) təşkilatçılığı ilə İxtisas şəhadətnaməsinə hazırlıq təlimi başlayıb.

AFBİA-nın yaydığı məlumatda bildirilir ki, təlim proqramı ümumilikdə 16 dərsdən ibarətdir və həftədə iki dəfə olmaqla canlı və video konfrans formatında keçiriləcəkdir.

Təlim hər üç növ ixtisas şəhadətnaməsi üzrə (A,B və C) imtahanlara hazırlıq proqramının həm nəzəri, həm də praktiki hissəsini əhatə edir.

Təlimdə iştirak etmiş şəxs AR Mərkəzi Bankına İxtisas Şəhadətnaməsi üzrə imtahanda iştirak üçün müraciət edə bilər.

Təlimi 5 ildən artıq qiymətli kağızlar bazarında təcrübəyə malik Museyyib Mehdiyev keçəcəkdir. 

Müseyyib Mehdiyev həmçinin Böyük Britaniyanın nüfuzlu Mançester Universitetinin məzunudur.

Eyni zamanda təlim ərzində, keçirilmiş dərslərin mənimsənilməsinin yoxlanılması məqsədilə müvafiq sınaq imtahanları təşkil olunacaq.

Qeyd edək ki, İxtisas Şəhadətnaməsi almış təlim iştirakçıları investisiya şirkətlərində və investisiya xidməti göstərən banklarda işləyə bilərlər.

Təlimə qeydiyyatdan keçmək üçün https://afbia.az/telimler keçidindən “Təlim üçün müraciət et” pəncərəsinə daxil olaraq, ixtisas təlimini seçərək məlumatları əlavə edə bilərsiniz.

İxtisas şəhadətnaməsi təlim Museyyib Mehdiyev
Seçilən
16
marja.az

1Mənbələr