AZ

Günəşdə güclü partlayış baş verdi - Yerə də təsiri olacaq

Günəşdə güclü partlayış baş verib.

Ölkə.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Fevralın 6-da Moskva vaxtı ilə saat 14:04-də (Bakı vaxtı ilə 15:04 - red.) 3981 (N05W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 35 dəqiqə davam edən M7.6 partlayışı qeydə alınıb", - məlumatda bildirilir.

Qeyd edilir ki, partlayış bu ay baş verən güclü partlayışlardan ikincisidir.

Bundan əvvəl ən güclü partlayış fevralın 3-də qeydə alınıb.

Məlumata görə, partlayışın mərkəzi Yerə maksimum təsir zonasında olduğundan, onun planetə təsir ehtimalı yüksəkdir.

Seçilən
61
4
olke.az

8Mənbələr