AZ

ABŞ Ədliyyə Nazirliyi Rusiya aktivlərinin müsadirəsi üzrə işçi qrupunu ləğv edib

ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən yaradılan və Ukraynadakı müharibə ilə əlaqədar sanksiyaya məruz qalan varlı rus iş adamlarının aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi ilə məşğul olan KleptoCapture işçi qrupunun fəaliyyətini dayandırır.

Herbiand.az xəbər veriur ki, bu barədə fevralın 6-da ABŞ-ın baş prokuroru Pam Bondiyə istinadən Bloombrg agentliyi məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin çirkli pulların yuyulması ilə mübarizə bölməsinin prioriteti Bondi altında kartellər və transsərhəd cinayətlərlə mübarizəyə yönəldiləcək.

KleptoCapture qrupu 2022-ci ildə ABŞ-da fəaliyyətə başlayıb. Onun tərkibinə ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliyanın maliyyə, ədliyyə və daxili işlər nazirliklərinin, eləcə də Avropa Komissiyasının nümayəndələri daxil idi. Bu qruplaşma tərəfindən müsadirə edilən rus oliqarxlarının aktivləri ABŞ hakimiyyəti tərəfindən Ukraynaya dəstək üçün istifadə edilib.

Seçilən
24
herbiand.az

1Mənbələr