AZ

"Beşiktaş" futbolçusunu geri çağırdı

"Beşiktaş" icarə əsasında "Çaykur Rizəspor"da çıxış edən Əmir Hadziahmetoviçi geri çağırıb. Amir Qara dəniz komandasının bazar günü Kasımpaşa ilə matçından sonra ağ-qara komandaya qayıdacaq.   Manset.az xəbər verir ki, fasilə transfer dövründə heyət planlamasını davam etdirən Beşiktaş, Jean Onana, Cher Ndour və Al Musrati ilə yollarını ayırdıqdan sonra orta sahədəki boşluğu doldurdu. Dünən “Beşiktaş” və “Rizəspor” rəsmiləri arasında keçirilən görüşlər nəticəsində Əmirin dönüşü dəqiqləşib. 27 yaşlı futbolçu bazar günü "Rizəspor"un keçirəcəyi Kasımpaşa matçında sonuncu dəfə Qara dəniz təmsilçisinin formasını geyinəcək.

Bosniya və Herseqovinadan olan futbolçu bu mövsüm 20-si Super Liqada, 2-si Türkiyə Kubokunda olmaqla ümumilikdə 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
34
manset.az

1Mənbələr