AZ

Azərbaycanın Ukraynaya 1 milyon dollarlıq yardımının PƏRDƏ ARXASI – DETALLAR

Müharibələrin təkcə döyüş meydanlarında deyil, insanların gündəlik həyatında da dərin izlər buraxdığı bir dövrdə humanitar yardımlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da beynəlxalq arenada humanitar missiyalara daim önəm verən ölkələrdən biri kimi, Ukraynaya növbəti dəfə yardım ayırmaq qərarına gəlib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bəs bu qərarın arxasında hansı geosiyasi mesajlar dayanır? Azərbaycan-Ukrayna münasibətlərində bu yardım hansı rolu oynayır və gələcək əməkdaşlıq perspektivləri nələrdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bu günlərdə Azərbaycan tərəfi Ukrayna hökumətinə 2025-ci ilin büdcəsindən nəzərdə tutulan 1 milyon ABŞ dolları həcmində yardımın göstərilməsinə qərar verib.

Vətəndaşlar bu qaydalara qarşı ehtiyatsızdırlar"-Elxan Şıxəliyev |Informator informasiya portalı

Onun sözlərinə görə, ayrılmış maliyyə vəsait Ukraynanın hazırkı mərhələdə dağıdılmış elektrik infrastrukturunun bərpasına, yeni elektrik və qızdırıcı qurğuların yaradılmasına, eləcə də soyuq hava şəraitində əhalinin ən çox əziyyət çəkdiyi enerji təminatının yaxşılaşdırılmasına xidmət edəcək: “Bu birinci dəfə deyil. Azərbaycan Ukrayna müharibəsi başladığı dövrdən bu günə qədər bir neçə mərhələdə humanitar yardımın göstərilməsini paket şəklində həyata keçirib. Bütün məbləğləri nəzərə alsaq  Azərbaycan indiyə qədər təxminən 40 milyon ABŞ dollarına yaxın bir həcmdə Azərbaycan tərəfindən Ukrayna hökumətinə yardımlar göstərib. Yəni humanitar yardımın göstərilməsi artıq o deməkdir ki, Azərbaycan Ukraynanın müharibə vəziyyətində işğal olunmuş, dağıdılmış və digər ərazilərində əziyyət çəkən əhalisinə dediyimiz texniki dəstəyini göstərib. Hazırda edilən yardım da bunun davamıdır”.

Azərbaycan-Ukrayna münasibətləri hansı səviyyədə inkişaf edir?

Hərbi ekspet qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətlərinin növbəti mərhələsində də əməkdaşlıq davam edəcək: “Gözləntilər ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi sonuncu fazaya keçib. ABŞ-nin yeni prezidenti Donald Trampın yanaşmasına əsasən 3-6 ay müddətində artıq müharibə dayandırılmalıdır. Ondan sonrakı mərhələ də Ukraynanın dağılmış ərazilərinin bərpasının həyata keçirilməsidir. Yanaşmalar ondan ibarətdir ki, müharibədən əziyyət çəkən əhaliyə humanitar yardım  Azərbaycanın beynəlxalq siyasətdə nə qədər praqmatik və doğru tərəfdar olmasını göstərir. Bütün beynəlxalq krizislərdə humanitar yardımın göstərilməsi Azərbaycanın bir nömrəli hədəfi olub. Bunu da Azərbaycan Ukraynanın üzərindən həyata keçirir. Azərbaycan-Ukrayna münasibətlərinin növbəti mərhələsində əməkdaşlıq davam edəcək və müharibədən sonra da Azərbaycanın bu yardımları həyata keçirməsi, eləcə də dağıdılmış ərazilərin bərpasında iştirak etməsi mümkündür. Biz bundan sonrakı mərhələdə də Azərbaycan-Ukrayna mübasibətlərində humanitar yardımların həyata keçirilməsini  görəcəyik”.

Medianews.az

Seçilən
62
medianews.az

1Mənbələr