Qlobal investisiya bankları Citi Group və UBS qızıl qiymətləri ilə bağlı proqnozlarını yüksəldiblər.
Marja.az xəbər verir ki, Citi, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə ticarət müharibələri, geosiyasi gərginliklər və dollarlaşma səbəbindən qısamüddətli proqnozunu unsiya üçün 2800 dollardan 3000 dollara qaldırıb.
Bank 2025-ci il üçün orta qiyməti bir unsiya üçün 2800 dollardan 2900 dollara qədər yeniləyib.
UBS də 3000 dollara qədər artırıb
İsveçrədə yerləşən UBS də qlobal faiz dərəcələrinin azaldılması, qeyri-müəyyənlik və güclü investor/mərkəzi bank tələbi fonunda böyümənin davam edəcəyini gözləyərək, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2850 dollardan 3000 dollara yüksəldib.
Qızılın qiyməti ilin əvvəlindən rekordlar ardınca rekord qırır. Qızılın qiyməti fevralın 5-də tariflər (gömrük rüsumları) və Fed-in faiz azaltmağı dayandırmasının təsiri ilə yeni rekord qıraraq bir unsiya üçün 2882 dollara çatıb.
Qlobal bazarlarda qızılın qiyməti bu il 10 faizdən çox artıb.