19 cu yüz ildə belə bir anlayış yox idi və nəyin üzərində qurulacağı qeyri müəyyən olan darmadağın düşüncələr, fikirlər Mətbuatn məsələsi idi.
Ədəbiyyat və teatr mətbuatın içində ideologi müharibələrin parçası kimi "Tərəfləşən Mətbuat" qəpələri halına gəlmişdi.
Sovetlər, daha doğrusu Şura höküməti quruluşunun 30 cu illərində bu "Kultura -Literatur" bağlanısını bir yerlərə qoyub, hər respublika üçün "Ədəbiyyat və İncəsənət" ardıcıllığını həll etməyə başladı.
Şura hökümətinin mərkəzə aldığı sinfi mübarizə sənət və ədəbiyyatda sosialist realizmini əsas aldığı üçün yaranacaq əsərlərin bu metodla yazılmasını tələb edirdi.
Adların tərcüməsi ruscadan, təcrübəsi rusdan, yazılması isə o xalqı təmsil edən xalq nümayəndələrindən gəldi.
Azərbaycan xalq yazıçıları, xalq rəssamları, xalq artistləri inqilabın aparıcı quvvəsi olan Rus fəhlə və kəndlilərinin təqlidçiləri, davamçıları olaraq sıraya düzülməyə başladılar.
Və Azərbaycan ədəbiyyatı, teatrı, rəssamlığı, musiqisi Ədəbiyyat və İncəsənətinin nümunələrini Sovet İttifağının esponatları olaraq Muzey əşyalarına çevirdilər.
Yazıçı, rəssam, artistlər daşıdığları Adın təmsilçiləri deyil, onlara yüklənən Adın hamballığını etdilər.
Şair bu sırada fərqli bir statusda qaldı,
Şairin özündən əvvəlki mirası ona daşıdığı Adın yükünü və təmsilini ötürdüyü üçün onlar Sovetin içində eyni olmadan, ayrı olmayanlar sırasında yer aldılar.
"Eyni deyil, ayrı da deyil" Şairi minliilk təcrübə ilə bir edə bildiyi üçün Şairə toxumaq mümkün olmadı,
Amma Şairi deyil, Şeiri şüara çevirdilər.
Və məsələni həll etdilər.
Sovetin bu icadı sonrakı təcrübədə Şüara bağlanan Şairləri Sovetin dağılmasının səbəbkarlarından biri etdi.
Sovetin Xalq adı ilə payladığı Adların çürüdülməsi prosesinin sonundayıq. Hər Xalq...xadimi yaşadığı ömrün abidəsini istəyir, heykəlləşmədən əvvəl heykəlinə Ad qoymağa çalışır.
Son günlərin gün mövzusu bu adamların Heykəlləşmədən əvvəl yonulan simalara vurulan çəkiz zərbələridir.
Daşın nə çəkdiyini bilməyənlər, "daş səbri"nin nə olmasını bilməzlər.
Hafizə isə yaddaşla yoldaşlığı sevdiyi üçün daşları yerinə qoymağı ən yaxşı bacaran qurucu və qoruyucudur.
Və Salam.
İdris Heydərli
visiontv.az