AZ

ABŞ daha Kreml oliqarxları ilə mübarizə aparmayacaq - "Reuters"

"Reuters"in yaydığıməlumata görə,Ədliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların tətbiqi və Kremlə yaxın oliqarxların təqib edilməsi ilə məşğul olan işçi qrupunu ləğv edir.

Baş prokuror Pam Bondininməktubunda deyilir ki, "KleptoCapture" İş Qrupu kimi də tanınan məlum qrup ləğv ediləcək. Hazırda sanksiyalara və oliqarxların aktivlərinin ələ keçirilməsinə yönəldilən resurslar kartellərlə mübarizəyə yönəldiləcək.

"Keçmiş demokrat prezident Cozef Baydenin administrasiyası dövründə başlayan səylər Rusiya prezidenti Vladimir Putinin varlı tərəfdaşlarının maliyyəsini cilovlamağa yönəlmişdi. Bu səylər həm də sanksiyaların və ixrac proseslərinə nəzarətin pozulmasına kömək edənlərin cəzalandırılmasına istiqamətlənmişdi. Bu tədbirlər həm də Rusiyanı qlobal bazarlardan sıxışdırmaq və Moskvaya qarşı tətbiq edilən geniş sanksiyaları genişləndirmək üçün daha planlı səylərin bir hissəsi idi”, -agentlik yazıb.
Tural Tağıyev
AzVision.az

Seçilən
7
1
azvision.az

2Mənbələr