AZ

Ötən il rəqabətin məhdudlaşdırılması ilə bağlı baxılmış müraciətlərin 57 %-i təmin edilib

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 161 müraciətə baxıb.

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.

İl ərzində rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 57 %-i və ya 92-si təmin edilib.

"Biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərini davam etdirilir", - deyə Dövlət Xidməti bəyan edib.

Seçilən
54
6
fed.az

8Mənbələr